Netflixdən parol paylaşma üçün əlavə ödəniş tələbi

Tarix: 21:50 24.05.2023
Netflix bir müddətdir müzakirə olunan parol paylaşma ilə bağlı vəd etdiyi mübarizəyə artıq başlayıb.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, yeniliyə görə ABŞ-dakı istifadəçilər ayda 8 dollar ödəməklə Netflix hesab məlumatlarını başqaları ilə paylaşa biləcəklər.
Şirkət dünya üzrə cəmi 100 milyon ailənin Netflix hesabından istifadə etdiyini bildirib.
Sayad