Azərbaycanın formalaşdırdığı gerçəklər həm Cənubi Qafqazda, həm də ölkədə ciddi dəyişikliklərə səbəb olub-Xəyal Bəşirov

Bölmə: Siyasət › ,
Tarix: 22:54 08.12.2023

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov İnformator.az ilə fikirlərini bölüşüb.

 

 

Xəyal Bəşirovun fikirlərinə görə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədən kənar prezident seçkilərinin keçirilməsi barədə imzalanan sərəncam Azərbayvan konstitusiyasının qanunvericiliyinə uyğundur.

 

"Ölkədə həm parlament, həm də prezident seçkilərinin növbədən kənar keçirilməsi barədə sərəncam imzalanması Azərbaycan Respunlikasının prezidentinin konstitusiya səlahiyyətidir. Həmçinin, Azərbaycanda 2018-ci ildə prezident seçkilərinin, 2020-ci ildə parlament seçkilərinin növbədən kənar keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu 3-cü dəfədir ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə sərəncam imzalanır. Azərbaycanın formalaşdırdığı yeni gerçəklə bağlı həm Cənubi Qafqazda, həm ölkə daxilində ciddi dəyişikliklərə səbəb olan reallıqlar formalaşıb. Azərbaycanda yeni siyasi konfiqurasiya yaradılıb. Burada Azərbaycan Prezidentinin yürütdüyü siyasət, həyata keçirdiyi uğurlar və suverenliyin təmin edilməsi daxildir".

 

 

Politoloq qeyd edir ki, prezident seçkiləri öncəsi beynəlxalq aləmin ölkələrin daxili işlərinə qarışaraq iğtişaşlar yaratmaq, baş verən proseslərə müdaxilə etmə siyasətini həyata keçirməyə çalışırlar. 

 

"Hazırkı Azərbaycan dövlətinin yeritdiyi siyasət indiki vəziyyət üçün həssas dönəmdir. Bir sıra ermənipərəst ölkələr Azərbaycana qarşı səfərbər olublar. Onların məkrli və hiyləgər planının pozulması, eyni zamanda bütün beynəlxalq ictimai qüvvələrin Prezident İlham Əliyevi dəstəkləməsi baxımından çox önəmli prosesdir. Bunun digər önəmli tərəfi də Azərbaycanın ilk dəfə sivil əraziləri çərçivəsində seçkilərin keçirilməsi ilə əlaqədardır. Azərbaycan 30 ildən artıqdır ki, müstəqillik dönəmində parlament, bələdiyyə seçkilərini keçirib. Ancaq heç vaxt işğal altında olan ərazilərimizdə seçkilər keçirilə bilməyib. Orada yalnız cinayətkarlar tərəfindən keçirilən qanunsuz seçkilər olub".

 

 

Xəyal Bəşirov vurğulayır ki, bizim Qarabağın işğaldan azad edilmiş bir çox ərazilərində seçkilərimiz olmağına baxmayaraq, bütün beynəlxalq ictimaiyyətə, qondarma seçkilər keçirənlərə qanuni seçkilərin necə keçirilməli olduğunu göstərəcəyik.

 

"Bizim seçicilərimizin zəfər seçkisi ilə bağlı səsi Qarabağın işğaldan azad edilmiş ərazilərindən gələcək. Ümid edirəm ki, bu seçki ilə Azərbaycan xalqı dövlətimizin 3 il ərazində yürütdüyü və bizi zəfərə doğru aparan İlham Əliyevin siyasətini tam dəstəklədiyini bütün dünyanın diqqətinə çatdıracaq".

 

Fatimə Mustafayeva