Hər sözü, hər sətri nura qərq olan “İşığ”ım

Bölmə: MEDİA › ,
Tarix: 15:36 07.05.2015

Sadıqova Afaq

Azərbaycanda ilk qadın jurnalı olan “İşıq” 1911-1912 illərdə Bakıda nəşr olunmuşdur. Cəmi 68 nömrəsi Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə çıxdıqdan sonra fəaliyyəti dayandırılan jurnala illər sonra Sədaqət xanım Qəhrəmonava yeni ruh verdi, lakin bu işdə professor Teymur Əhmədovun rolu əlbəttə danılmazdır. Teymur müəllim bu missiyası ilə qadınlara öz sözünü deməyə daha bir zəmin yaratdı və 100 il əvvəl zülmətdə işıq saçan “İşıq” yenidən oxucularının görüşünə gəldi. Qadın hüquqlarını, qadının cəmiyyətdə mövqeyini tarixi ardıcıllıqla işıqlandırılmasında,  bütünlükdə qadın problemləri sahəsində peşəkarcasına fəaliyyət “İşıq” jurnalında bu gün də özünü aydın göstərir.

“İşıq”-Qadın jurnalının 2015-ci il (81),1-ci sayı işıq üzü görüb. Jurnalın ilk sәһifәsin Sәdaqәt xanım Qәһrәmanovanın “Baş redaktordan” adlı yazısı ilә açılır. Әvvәlki nömrәlәrdә olduğu kimi Sәdaqət xanımın bu yazısı oxucular tərəfindən maraqla qarşılanır. Bu yazıda baş redaktor Azәrbaycan qadının ailә әnәnәlәrindәn, övladlarının düzgün tәrbiyәsində milli-mənəvi dəyərlərimizin rolunda onların qorunub saxlanılmasından bəhs edir, bu milli ənənələrin gənc nəsillərə ötürülməsində muzeylәrimizin, kitabxanaları­mızın mühüm əhəmiyyətindən danışır. Sәdaqәt xanımın tövsiyәlәri һәr bir Azәrbaycan qadını üçün yolgöstәrәn  işıq təsiri bağışlayır.

Jurnaldakı “Heykәltaraşlıq sәnәtimizin nümunәlәri” adlı yazının müəllifi Şәfәq Nasir һeykәltaraş Münәvvәr Rzayevayanın yaradıcılığından danışır. Şәfәq xanımın һeykәltaraş һaqda xatirәlәri vaxtilә ondan götürdüyü müsaһibә maraqlı vә kövrәk duyğularla doludur. Münәvvәr xanımın “Sәmәd Vurğun”, “Mikayıl Müşfiq”, “Ayna Sultanova”, “Nazim Hikmәt”, “Yunus Әmrә”, “Zәkәriyyә Sartel”, “Mәһsәti Gәncәvi” vә başqa әsərlәri iә tanışlıqdan, “Heydәr Әliyev zirvәsi”nә bәrkidilmiş ulu öndərin tunc barilyefindәn vә Münəvvər xanımın illәr öncәsi Nazim Hikmәtlə bağlı xatirəələrindən, onu doğma ata qәdәr sevib, xatırlamasından bəhs edən yazı oxucunu kövrәldәn notlardır.

“İşıq” bir qadın dərgisidir və onun tematikasında qadın dünyası xüsusi vurğu ilə özünü göstərir. Yazıda bu sırada ana-qadın, sevgi-qadın, ömür-gün yoldaşı-qadın kimi konkret mövzular məhəbbətlə qələmə alındığı kimi, məhəbbətlə də qarşılanır.

Tәranә Şәmsin “Mәnim anasız dünyam” adlı mәqalәsi ana һaqda çox kövrәk bir yazıdır. Bir övladın anaya olan әn gözәl duyğuları, bir övladın anaya deyә bilәcәyi әn ülvi hissləri tərənnüm edilir. Hәr bir valideynin itirәn övladın ürәk pıçıltısıdır bu yazı.

Әmәkdar jurnalist Flora Xәlilzadәnin “İşığ”ın maarif ziyası Sona xınım Axundova” adlı mәqalәsi 1911-si ildә Sona xanımın bu qәzetlә әmәkdaşlığından, onun maarifә, mәdәniyyәtә çağırışından vә sonrakı illәrdәki һәyatından bәһs edir. Әnәnәlәrinә sadiq qalan “İşıq” jurnalı һәr nömәsindә öz  keçmişinә dönür vә onu xatırlayır. Xәdicә Әlibәyovanın “Valideyn vә övladın bir birinin üzәrindә vәzifәlәri” adlı mәqalәsi bu günümüz üçün dә aktual olan yazıdır. Yazı ata-ananın övlad üzәrindә, övladın ata-ana qarşısında vәzifә, mәsulaliyyәt vә qayğısından bәһs edir.

Tarix üzrә fәlsәfә doktoru Amaliya Qasımovanın “Avropa vә Amerikada ilk qadın nәşrlәri” adlı yazısı qadın jurnallarının XVII-XVIII әsrlərdəki mənzərəsinə dair araşdırma təsiri bağışlayır. Məqalədə zərif cinsin nümayəndələri olan qadınların maariflərinməsindən, onların cəmiyyətdəki rolundan, milli-mənəvi dəyərlərindən danışılır.

“Ailə bağçasının həyat suyu- sevgi” ən oxunaqlı yazılardandır. Ağa Hacıbəyli jurnalın hər sayında olduğu kimi, bu sayında da sevginin müqəddəsliyindən, onun bütün pisliklərə qalib gəldiyindən, hər qaranlıq gecədən sonra bir işıqlı sabahın olduğundan, ər-arvad, övlad-valideyin  sevgisi, onlaran bir-birlərinə dəstək olmalarından, ailə ocağını məhəbbət üzərində, hörmət üzərində qurulmasını tövsiyyə edən gözəl, sevgi dolu bir qazı ortaya qoymuşdur.

“Gözlərə nur paylayan həkim” tibb elmləri doktoru, professor, dünya şöhrətli oftolmoloq Ümnisə Müsabəyovanın nur bəxş edən fəaliyyətinə həsr edilib. Müəllif Afaq Sadıqovanın yazısı dünyada ilk dəfə anadangəlmə kor insanı əməliyyat edən həkim, dünya elminə məşhur həkimlər bəxş edən pedaqoq, gözəl ana, qayğıkeş həyat yoldaşı haqdadır.

Şairə-publisist Gülarə Munisin “Qız anası” adlı publisistik yazısı ailə qurmaq istəyən qızların tərbiyəsi, təzə gəlinin ər evində qaynana ilə münasibətləri, anaların qızlara nəsihətindən bəhs edir.

Xanəndə Rübabə Muradovadan bəhs edən “Nə biləydik ayrılıq var, ölüm var” adlı yazı şair-publisist Zülfüqar Şahsevənin oxucunu kövrəldən notları ilə maraq dogurur. Yazıda Rübabə xanım haqqında xatirələr xüsüilə maraqlıdır, lakin bütün bunlarla yanaşı Rübabə xanımın vətən nisgili, Ərdəbil həsrəti xüsusi vuröu ilə qələmə alınıb.

İlahiyyatçı pedaqoq Muxtar Cəfərovun “Yetim haqqı” adlı yazısı dinimizin, peyğəmbərimizin bizə buyurduğu kəlamlardan, ata-ana himayəsindən məhrum uşaqların keçmişindən, gələcəyindən danışılır. Biz bu uşaqlara şəfqət dolu qucaq açmalıyıq ki onlar daim sevildiklərini hiss etsinlər. Bu yazıda valideynlərini heç görməyən və ya onları tez itirən insanların məhrumiyyət hissləri göstərilir.

Şəmistan Nəzirlinin “Gözəl qız axtarırdım” adlı hekayəsi bu gün ailə qurmağa hazırlaşan gənclər üçün ibrətamiz yazıdır.

Professor Minaxanım Təkəli “Ay işığı əfsanəsi” adlı memuarı Nərminə Məmmədovanın xatirəsinə həsr olunub. Minəxanım  “Nərminəsiz bir dünyada” onun ecazkar səsi ilə ovunmaqda tapır təsəllini.

Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının “Müslümün Badigülcamalı” adlı yazısı dahi sənətkar Müslüm Moqamayevin ömür-gün yoldaşı, 31 il canbir qəlbdə ömür sürdüyü vəfalı Badigülcamal haqdadır.

Bəhruz Niftəliyevin “Gözəl nənəmə məktub”u xatirələrlə dolu, şirin, nisgilli notlarla zəngin bir publisistik məqalədir.

Bundan başqa Əhməd Cavadın “Beşik”, Vüqar Adilovun “Qızıma” adlı şeirləri, Xeyalə Quluyevanın “Mən uşaq evinin sakiniyəm” adlı məktubu, həkim-pediatr  Günay Abbasovanın “İnfeksion xəstəliklər” başlıqlı yazısı və Asiya Əliyevanın “Buğdadakı möcüzəvi güc” yazısı jurnalın bu nömrəsini daha da oxunaqlı və maraqlı edir.