Azərbaycan və Pakistan arasındakı əlaqələr daha da möhkəmlənir

Bölmə: Siyasət › ,
Tarix: 22:19 26.02.2025

Azərbaycan və Pakistan arasındakı dövlətlərarası münasibətlər tarixi dərin köklərə malikdir və son illərdə bu əlaqələr daha da inkişaf edib. 

 

Politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Pakistan münasibətləri uzun müddət yüksək səviyyədə dövlətlərarası əlaqələr kimi xarakterizə olunub:

 

" Hətta 20-ci əsrin əvvəllərində Azərbaycanlı xeyriyyəçi və sənayeçi Həmməd Xənaradun Tagiyev, Pakistana və İslam dünyasına öz şəxsi vəsaiti ilə yardım göndərib. Bunu, bu gün Pakistan dövləti və xalqı minnətdarlıqla xatırlayır. Həmçinin, Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biri olub. İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra Azərbaycan ilə Pakistan arasındakı münasibətlər daha da möhkəmlənərək yüksələn xətlə davam edib.

 

İki tərəfli münasibətlərin formatı ilə yanaşı, Azərbaycan, Türkiyə və Pakistan formatı da mövcuddur. Bu formatda xüsusilə üçtərəfli əməkdaşlıq sahələrində hərbi və parlamentlərarası əməkdaşlıq genişlənib”.

 

Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfərinin nəticəsi olaraq, Pakistan Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfəri zamanı SOCAR-ın Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymasını və digər sahələrdə iqtisadi əlaqələrin genişlənməsini qeyd edib:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri olub. Bu səfərin nəticəsi olaraq, hazırda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri zamanı, Azərbaycan dövlət şirkəti olan SOCAR-ın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq sərmayə qoyulması və digər sahələrdə də iqtisadi əlaqələrin genişləndirilməsi, Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişlənməsi potensialının yüksək olduğunu göstərir. Bu da gələcəkdə bir neçə istiqamətdə inkişaf etdirilə bilər.

Bu istiqamətlərdən biri, Azərbaycanın da qurucusu olduğu Türk Dövlətləri Təşkilatı formatında Pakistanın da bu təşkilatla əlaqələrinin genişləndirilməsidir. Xüsusilə, Azərbaycanla paralel olaraq Türkiyə və Orta Asiya–Türk dövlətləri ilə iqtisadi və mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi vacibdir.

İkinci istiqamət, Azərbaycanın keçən il yeni üzv olduğu və Pakistanın qurucu üzvlərindən biri olduğu D‑80 adlanan Müslüman Dövlətlər Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bakı ilə İslamabad arasındakı iqtisadi əlaqələrin yüksəlməsi, bu münasibətlərin genişlənməsinə müsbət təsir göstərə bilər.

Üçüncü format isə iqtisadi əməkdaşlıq təşkilatıdır ki, bu təşkilatın əsasını Türkiyə, İran və Pakistan qoyub və sonradan Orta Asiya, Azərbaycan və Əfqanıstan kimi ölkələr də üzv olub. Bu istiqamətdə də Azərbaycanla Pakistan arasında qarşılıqlı əməkdaşlıq öz müsbət nəticələrini verə bilər.

 

Azərbaycan Ticarət Palatasının Pakistanda və Pakistan Ticarət Palatasının Azərbaycanda açılması, birbaşa hər iki ölkənin iş adamlarının qarşı tərəfdə öz sərmayələrini yatırmasına və Azərbaycan ilə Pakistan iqtisadiyyatlarının daha çox qarşılıqlı inteqrasiyasına səbəb ola biləcək mühüm bir hadisə kimi qiymətləndirilə bilər. Bunun digər bir təsir tərəfi isə, iki müsəlman dost və qardaş ölkə arasında möhkəmlənən bu münasibətlərin, digər ölkələr üzərində, istər müsəlman dövlətləri, istərsə də digər ölkələr üzərində əməkdaşlıq nümunəsi və model kimi seçilə bilməsidir”.

 

Xanım Ağamalıyeva