İTV Yayım Şurasına yeni üzlərin namizədlikləri irəli sürülüb
Bölmə: MEDİA › ,Tarix: 13:06 13.05.2015
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin təyin edilməsi məsələsinə baxılıb.
Komitə sədri Nizami Cəfərovun sədrlik etdiyi iclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova namizədlərin adlarını açıqlayıb. Bunlar Sahibkarlar Şurasından Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, NEURON TECNOLOGİES MMC-nin baş direktoru İsmayıl Ələkbərov, Gənclər təşkilatlarından “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Sağlam gəncliyə doğru” İctimai Birliyindən Turqay Həsənəliyev, qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasından Sevil Yusifova, “Qadın liderliyi uğrunda” İctimai Birliyindən Ülkər Abdullayevadır.
Namizədlər arasından 3 nəfər səlahiyyət müddəti başa çatmış Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun əvəzinə təyin olunacaq.
Müzakirə edilən məsələ Milli Məclisin plenar iclasına tövsiyyə olunub.