Etika akademiyasının “gənc jurnalistlərin etik prinsipləri” layihəsi yekunlaşıb

Bölmə: MEDİA › ,
Tarix: 14:30 21.05.2015

Ictimai rəyin formalaşmasında önəmli rol oynayan jurnalistlərin etik prinsipləri bilməsi vacibdir. Bunu nəzərə alan Etika akademiyası jurnalistlər üçün  2 həftəlik proqram təşkil edib.  Layihəyə ən yaxşı mütəxəssilər cəlb olunub.

Mətbuat sahəsindən olan peşəkarlar öz təcrübələrini gənc jurnalistlərlə bölüşüb, eyni zamanda digər mütəxəssislərin təcrübəsindən yararlanıblar. Etik prinsiplərə əməl edən ən yaxşı televiziya rəhbəri kimi Turkel tv-nin direktoru Nadir Şəfiyevə  BBC və Etika akademiyasının  hazırladığı sertifikat təqdim olundu.  

Nadir Şəfiyev:

Etika akademiyasının keçirdiyi treninqlər çox vacibdir. Istərdim ki bu cür treninqlərin sayı çox olsun. Müəyyən bir şeylər var ki, bizim həyatda topladığımız təcrübəyə əsaslanır. Onların bir qismini gənclərlər bölüşə bildiksə böyük şeydir.

40- a yaxın gənc juranlist mükafatlandırıldı.