Türkiyə polisi "Zaman" qəzetinin binasına hücum edib-Video
Bölmə: MEDİA › ,Tarix: 10:53 05.03.2016
Türkiyənin İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib.
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın əleyhinə çıxan əhali qəzetin yerləşdiyi binanın qarşısına yığışıb. Polisin xəbərdarlığı ilə gözləməyə başlayan etirazçılara daha sonra aksiyanı dağıtmaq barədə xəbərdarlıq edilib. Amma nümayişçilər xəbərdarlığa məhəl qoymayıb. Nəticədə polis su şırnaqları və boyalı su ilə aksiyanı dağıtmağa başlayıb. Binanın həyətinə yığışanlara qarşı da bibər qazı və təzyiqli sudan istifadə edilib.
Binanın qarşısı boşaldıldıqdan sonra polis binanın giriş qapısındakı zəncirləri kəsib. Qəzetin işçiləri polisə təzyiq göstərib. Amma qısa müddət sonra polis onları binadan çıxarıb.