Tanınmış jurnalistin Mətbuat Şurası və Müdafiə Nazirliyinə mesajı
Bölmə: MEDİA › ,Tarix: 22:14 07.04.2016
İş burasındadır ki, bizim bəzi şərəfi reytinqə bağlı sayt sahibləri baha qiymətə bayraq satan şerefsizlerimiz kimi ancaq özlərini düşünürlər!
Informator.az xəbər verir ki, bunu əməkdar jurnalist Telli Pənahqızı "Facebook" səhfəsində yazıb.
O, "Mən başa düşmürəm Mətbuat Şurası, MN-nin mətbuat xidməti hara baxır? Daha bundan da gərəkli və məsuliyyətli günlərimizmi olacaq? Verdiyiniz xəbərin, paylaşdığınız şəkillərin hədəfini bilmirsinizsə, yazmayın! Dövlət sirri ola biləcək xəbərləri, insanları ruhdan salan yazıları, duyğusal məqamları burada "şok!" deyə paylaşıb onsuz da ürəyi Qarabağda olan insanları şoka salmayın! Gün ərzinde adı, ünvanı şübhəli adamlar burada kiminsə cibindən çıxan məktubla spikulyasiya edir, kimi "Pakistandan qoşun gəlir!" yazır, kimi bu gün başına od ələnən Kərkük türkmənlərinin görüntülərini paylaşıb " türkmənlər köməyə hazırdır" cəfəngiyyatı ilə reytinq yarışına çıxır! El saxlayın, insaf eləyin! Mən bəzilərinin yüksək vətənpərvərliyinə şübhə eləmirəm!
Ancaq amandır, ehtiyatlı olun, bu informasiya müharibəsində daha böyük birlik ve zəka nümayiş etdirin!
Biz hamımız bu gün cəbhədə silah tutan əsgərlərimizin alnından, onları yetişdirən anaların əlindən öpürük , onlara Vətənin çörəyi halal olsun! İnanırıq ki, yalnız onlar, Azərbaycanın şanlı ordusu bizim torpağı bu yağılardan temizləyəcək, bizə kömək eləməyi sözdə ifadə edənlər, sədlər, sərhədlər aşıb yetişənəcən bizim övladlarımız düşmənlə vuruş meydanında zəfər çalacaqlar! Bizə özümüzdən başqa yenə də özümüz gərəyik. Bunu unutmayın!
Cənab yazarlar!
Açın erməni saytlarını oxuyun, televiziya poroqramlarına baxın, görün sizin paylaşmalarınızdan bizim əleyhimizə nə xəbərlər düzəldirlər! Rusiya kanallarına dəvət olunan azerbaycanlıları az qala "dirigözlü" yeyirlər, hələ Türkiyəni necə ittaham edirlər, bir bilseə! İnanıram ki, həqiqətdən xəbərsiz kütlə odlu- alovlu danışıb dünyaya barmaq silkələyən ermənini qınamır, əksinə "məzlum" deyib yardıma qoşur. Bizsə, burada oturduğumuz budağı kəsirik! Bəlkə bir az düşünək, bəlkə bir qədər uzaqgörən olaq, nə deyirsiniz?