Nazirlikdə yeni təyinat

Tarix: 16:57 07.04.2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
İnformator.az-ın məlumatına görə, bununla bağlı nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tural Qurbanov Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, T.Qurbanov bundan əvvəl AzTV-də çalışıb.