Gənc jurnalistlərin nəzərinə!

Bölmə: MEDİA › ,
Tarix: 11:07 03.03.2015

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 12-15 mart tarixlərində “Gənc Əkinçi” layihəsinə start verir. “Gənc Əkinçi”nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır. Ümumilikdə layihədə 30 gənc jurnalistin iştirakı planlaşdırılır. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən  müxtəlif  təlimlər, seminarlar keçiriləcək. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir. Qeyd edək ki, təlimlərdən sonra yaradılacaq qrupla mütamadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin Kütləvi İnformasiya Vasitələrində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.


Cari ildə İsmayıllı şəhərinin “Gənclər paytaxtı” elan edilməsini nəzərə alaraq təlimlərin məhz bu rayonda keçirilməsi planlaşdırılır.

Tarix: 02.03.2015

Son müraciət tarixi: 07.03.2015

İştirakçıların seçim meyarları:

Yaş məhdudiyyəti: 19-29 yaş;

-Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;

-Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətdə aktiv iştirak etməlidirlər;

-Daha çox dil biliklərinə sahib olan gənclərə üstünlük veriləcək

-Azərbaycanın jurnalistika haqqında geniş bilikləri olan şəxslərə üstünlük veriləcək

“İRƏLİ” İctimai Birliyi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. “İRƏLİ” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır. Təşkilat olaraq əsas prioritet məsələ bu istiqamətdə fəaliyyət göstərən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək, mövcud əməkdaşlıqları artırmaq və bununla da Azərbaycanın Gənclər Siyasətinə birgə töhvə verməkdir.

Qeyd:  “Gənc Əkinçi”  layihəsi çərçivəsində yaşayış, qida və nəqliyyat xərcləri “İRƏLİ” İctimai Birliyi tərəfindən qarşılanır.

Əlavə məlumat üçün:

“İRƏLİ” İctimai Birliyi
Ünvan: Həsən Abdullayev küçəsi 3/1A
Telefon: (+99412) 492 26 77

Əlaqələndirici şəxs:

Türkan Nadirqızı

Mobil: (+99450) 535 57 37

E-mail: [email protected]

Qeydiyyat: http://ireli.az/gənc-əkinci-layihəsinə-start-verilir/