Tanınmış jurnalist Laçın Səmlanın evi qarət edilib

Bölmə: MEDİA › ,
Tarix: 13:21 07.04.2015

Oğrular evdən jurnalistə məxsus qədim zinət məmulatlarını və başqa qiymətli əşyaları götürüblər. 

İnformatorun məlumatına görə, Bakının Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi 59 saylı binada yaşayan, tanınmış jurnalist Laçın Səmlanın qızıl əşyaları da oğurlanıb. Hadisə vaxtı jurnalist Bakıda olmayıb. Oğurluq barədə dərhal 27-ci polis bölməsinə məlumat verilib.

Hazırda faktla bağlı Yasamal Polis İdarəsində araşdırma aparılır. İş müstəntiq Elvin Yusifovun icraatındadır.