Treninqlər, seminarlar peşəkar jurnalistlərə də lazımdır

Bölmə: MEDİA › ,
Tarix: 15:06 07.04.2015

Bu yaxınlarda ölkənin tanınmış jurnalistləri Böyük Britaniyanın paytaxtı Londonda  Paşa Bank, British Council və Tomson Fondunun birgə təşkil etdiyi “Biznes jurnalistika” təlimlərində iştirak ediblər. Bu cür treninqlərəlimlər jurnalistlərin  fəaliyyətinə  nə kimi təsir edir? Onlar öyrəndiklərini öz işlərində tətbiq edə bilirlərmi? 




RTV-nin baş redaktoru Vəli Turan: 

-Bu layihədə iştirak etməyə sənədlərimi təqdim etmək üçün bir dostum məsləhət verdi. Mən də tərəddüd etmədən sənədlərimi hazırlayıb təqdim etdim, müsahibəyə çağırıldım, sualları cavablandırdım. Mən özümdən çox əmin idim ki, bu layihədə iştirak edəcək, Londonu görəcəyəm. Əslində seçilməyim də adi prosedur idi. Mən öyrənəndə ki, burada iştirak etmək üçün 150-ə yaxın jurnalist sənədlərini təqdim edib, 60-a yaxın insan müsahibəyə gəlib və onlardan yalnız 11-i seçilib, sözün əsl mənasında şok keçirdim. Yəni, bu prosesin bu qədər gərgin olacağını öncədən bilmirdim. Təlimlər çox yüksək səviyyədə keçirildi. Mənim bu vaxta qədər multimedia bacarıqlarımın inkişafı üçün çox əhəmiyyətli təlimlər idi. Yeni dostlar qazandım, jurnalist bacarıqlarımı, multimedia bacarıqlarımı işimdə tətbiq etməklə inkişaf etdirdim. İnternetdə araşdırmaların aparılması və ya nələrinsə hazırlanması üçün, məsələn, beş saat vaxt itirmək əvəzinə indi haradasa bir saat ərzində bunları  əldə etmək mümkündür. Təlimçimiz Dan Mason bizə multimedia ilə, sosial şəbəkələrlə, on-line jurnalistika ilə bağlı bilmədiyimiz çox əhəmiyyətli məlumatlar verdi. Londonda BBC, “The Daily Telegraph” kimi yerlərdə olduq. Mən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirmişəm və BDU-da oxuduğum dövrdə də BBC-ni, onun iş rejimini görmək, oranın şəraiti ilə tanış olmaq böyük xəyalım olub. Londonda olmaq, bunları öyrənmək mənim üçün çox maraqlı oldu. Peşəkarlığımıza hansı təsirlər göstərməsi barədə danışmazdan əvvəl qeyd etmək istərdim ki, mən hələ özümü peşəkar yox, peşəkar olmağa çalışan biri hesab edirəm. Jurnalistika yalnızca əldə olan biliklərlə kifayətlənməni qəbul etmir, bunun ən bariz nümunəsi Azərbaycanda öz biliklərini müəyyən dərəcədə artırmağa çalışan jurnalistlər sayı çox azdır deməzdim, lakin bu say o qədər də çox deyil. Məsələn, BDU-nun dosenti Aynur xanım hər zaman öyrənməyə çalışır, bilikləri bizdən qat-qat artıq olsa da , o hələ də öz biliklərini artırır. Mənim üçün də bu sahə hər gün yeni informasiya əldə etmək, yeni bilik qazanmaqdan keçir. Ona görə də Londonda keçirilən təlimlər mənə hər gün nəsə əldə etməyi öyrətdi. İnsan istəklərinə çatmaq üçün mütləq qarşısına məqsəd qoymalıdır. Təlimlər də mənə məqsədimi aydınlaşdırmaqda kömək etdi.

                Lider TV-nin əməkdaşı Aysel Fərziyevadan müsahibəni aldı:

BDU Jurnalistika fakültəsi II kurs tələbəsi Leyla Əfqan

-5 ay əvvəl  başladı  hər şey, 5 aylıq bir marafon keçdik. Sənədlərimizi  göndərəndə  çox həyəcanlı  idim. Son günə qədər fikirləşmişdim. Göndərim, necə eləyim, necə yazsam  məni  qəbul eləyərlər. Fikirləşirdim ki, məndən daha təcrübəli jurnalistlər sənəd veriblər.Yəqin ki, onların seçim şansı daha çox olacaq, nəinki mənim. Amma uzun müddət sonra çağırdılar. Məqalə yazmışdıq “Kiçik və orta sahibkarlığın inkişafı və prespektivləri”. Həmin məqalədən seçilənlər müsahibəyə çağırıldılar. Jurnalistika ilə bağlı fikirlərimi soruşdular. Niyə layihədə iştirak eləmək istədiyimi soruşdular, mən də cavab verdim. Amma yenə də qane olmadım. Fikirləşirdim ki, yaxşı  danışmadım.Yəqin ki, heç məni çağırmayacaqlar. Yenə də bir müddət keçdi. Yenə də həyəcanlı, intizarla dolu günlər. Görəsən seçildim, ya yox.  Sonra bir gün zəng  gəldi. “Britsh Concil”in nümayəndəsi dedi ki, Aysel siz seçilmisiniz. Ou deyim ki, insani münasibətlər baxımından çox yaxşı, çox gözəl dostlar qazandıq. Dan Mason kimi bir insanı tanıdıq. Və üstəlik Paşa Bank, British Concil, Tomson Fondu və onların nümayəndələri ilə çox yaxın təmasda olduq. Londonda Lordlar palatasında lordlarla görüşdük.

Dərslərə qalanda isə həqiqətən çox şeylər öyrəndik.Məsələn online jurnalistika, biznes jurnalistika,foto, video, video montaj, foto montaj. Foto necə çəkilməlidir, hətta ona qədər öyrəndik.  Bir jurnalistin bilməsi üçün lazım olan  hər şeyi demək olar ki,  biz 5 ay ərzində öyrəndik. Yəni razı qalmamaq mümkün deyil.  Sonuncu  təlim sessiyası  Londonda idi. Bir həftəni əhatə elədi. Burda da Dan bizə çox şey öyrətmişdi, sözsüz. Burda da biz bir çox müəssisələrə  getdik. İqtisadiyyatla bağlı əksər sənaye müəssisələrdində olduq. Amma Londondaki bir qədər daha fərqli və bizim üçün daha möhtəşəm idi. Çünki həm ilk dəfə  heç görmədyimiz bir ölkədə olmuşduq, həm də həmişə jurnalistlərin əsas meyar kimi götürdüyü BBC kimi bir kanala getdik, “ The Daily Telegraph” qəzetinə  olduq. Hansı ki,  dünyanın aparıcı media orqanlarıdır onlar. Və onların təcrübəsini öyrəndik. Onlar xəbəri necə çatdırır, necə işıqlandırır,onların xəbər prinsiplərini, iş prinsiplərini öyrəndik. Təlim o qədər mükəmməl təşkil olunmuşdu və o qədər uğurla bölünmüşdü ki, biz həm uğurla öyrəndik, həm də şəhəri demək olar ki, gəzdik. Bütün jurnalistlərə də səslənirəm ki, nə qədər imkan var bu layihədən yararlansınlar, iştirak eləsinlər.



Müəllif: Nurlan Səlim-BDU-nun jurnalistika fakültəsinin tələbəsi