Reytinq siyasəti sırf baxımlılıqla ölçülür

Bölmə: MEDİA › ,
Tarix: 16:17 13.04.2015

Müsahibimiz Lider televiziyasının aparıcısı Günel Gözəlovadır.

Sizcə  televiziya  kanallarında  biznes  maraqları  öndədir?

-Öndə olmamalıdır əslində, ancaq görünən odur ki, öndədir.  Bilirsiniz, biz nə göstəririk tamaşaçı onu görür. Biz niyə göstəririk bunu? Problemin kökünü çözmək lazımdır. Bunun üçünsə aidiyyatı qurumlar var və fəaliyyətlərində problemi axtarmalıdırlar. Həmişə demişəm unutmamalıyıq ki, bizə həm də tarixi düşmənimiz baxır.

Yerli  telekanallarda  şou-biznes  verilişləri  yenə  çoxdur? Niyə  azalmır?  Azalmalıdırmı?

-Bir insana necə ki,bütün orqanları lazımdır deyə var, tv-yə də bütün bu sahələrdəki hazırki göstəricilər  və var olanlar lazımdır deyə, var. Ancaq bu o demək deyil ki, biz şou əhlinin idarə etdiyi cəmiyyətin formalaşması üçün özümüzdən asılı olmasa da, əlimizdən gələni edək. Müasir televiziya kanallarında şou-biznes verilişləri çoxdur və nə qədər ki, cəmiyyəti daha çox bu maraqlandıracaq, elə bu verilişlər də önəm daşıyacaq. Ancaq dünyada necədir? Baxın bizə yaxın olan Gürcüstana, Türkiyəyə, Rusiyaya...bu ölkələrdə artıq illərdir uşaq kanalları, musiqi kanalları, ictimai-siyasi verilişlərdən ibarət və ya xəbər kanalları var. Vətəndaş öz spektrinə uyğun verilişlərlə zəngin tv kanalını seçir və baxır. Reytinq siyasəti sırf baxımlılıqla ölçülür, əlavə nələrləsə yox... bir sözlə rəqabət olmayan yerdə inkişaf da olmayacaq, məsəslə budur..!

Lider  tv-də  də şou-biznes verilişləri  üstünlük  təşkil  edir?

-
Xeyr. Lider bu cür verilişlərə üstünlük vermir. Mən Lider adından danışmamalıyam çünki bu televiziyanın Xəbər departamentinin məsul işçisiyəm. Lakin görülən kəndə bələdçi lazım deyil. Lider yeganə kanaldır ki,bizim “ Lider Xəbər” departamentində ixtisaslaşma aparılıb. Biz yeganə kanalıq ki, “Vətənpərvərlik” adlı ayrıca qrupumuz var, xəbər siyasətimizdə vətəndaşın və dövlətin maraqlarını eyni səviyyədə qoruyuruq, düşmənimizin olduğunu unutmadan xəbəri təqdim edirik. Artıq verilişlərin ictimai əhəmiyyət kəbs etməyən mövzularda olması sual doğurur. Cəmiyyətdə neqativ tendensiyalar yaradan, gənclərin və yeniyetmələrin zövqünü və dünyagörüşünü korlayan verilişlər barədə qərar vermək və qadağalar tətbiq etmək, tv-lərdə ixtisaslaşma aparmaq lazımdır.

Aparıcılar arasında peşəkar yoxsa qeyri-peşəkarlar çoxdur?

-Artıq məshəb elə itib ki, kim peşəkar, kim qeyri-peşəkardır inanın mən də bilmirəm. Çünki oxuduğunu anlamayan bir xəbər də təqdim edən aparıcıdır,mən də. Kimdir peşəkar sualına cavab verən bir qurum olmalıdır və onların nəzarətindən keçdikdən sonra tv tamaşaçısı qarşısına keçilməlidir.

Müxbir məntəqələri sizi qane edir?

-Məni qane etmir. Ancaq bir jurnalist və televiziya adamı kimi əla olmasını istəmək kimi bir lüzum yoxdur. Müxbir məntəqələrinin bütün tv-lərdə,  xüsusilə də ölkə hüdudlarında olmasını istərdim. Bu, Azərbaycan vətəndaşının dünyagörüşünə, mədəniyyətinə və mənəviyyatına birbaşa təsir edir. Bütün bölgələrdə müxbir məntəqələrinin olması vacib amildir.