"Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlı müsabiqəyə start verib

Bölmə: MEDİA › ,
Tarix: 10:52 18.04.2015

Afaq Sadıqova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlı müsabiqəyə start verib. Müsabiqədə yaşı 35-dək olan qadın jurnalistlər iştirak edə bilərlər. Müsabiqə barədə məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr mavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, 2014-cü ildə də belə bir müsabiqə keçirilib. Təəssüflər olsun ki, jurnalistlər o qədər fəal olmayıb və qadınlarla bağlı ürəkaçan yazılara da rast gəlinməyib. “Ümumilli lider Heydər Əliyevin “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünmzün və gələcəyimizin dayağıdır” kəlamını açmaq, onunla baglı fikir söyləmək o qədər də çətin deyil. Qadınlar dövlətimizin dayagıdır dedikdə biz qadınları hər bir sahədə görürük, bu yalnız vəzifədə olan qadın deyil, həm də evdar qadın da nəzərdə tutulur. Qadın aparıcı qüvvədir və bu qadının cəmiyyətdə oynadığı rol nədən ibarətdir. Biz tez-tez qadın problemləri ilə baglı bölgələrdə, kəndlərdə oluruq, onların problemləri ilə maraqlanırıq. …Və bugün bizim keçirdiyimiz bu müsabiqə istərdik ki, siz media nümayəndələri ilə ortaq bir fikrə gələk. Biz istərdik ki, plagiat yazılarla rastlaşmayaq, ətrafımıza baxaq, yaşadıgımız mühiti canlandırmağa çalışaq. Bir səhifə olsun amma beynimizin məhsulu olsun” Sitatın sonu. Qadınlar haqqında araşdırma yazı hazırlamaq deyərkən, hər kəs eyni tipli bir xanımı baş obraz seçir. Bu qadın ya tanınmış olmalı ya da, iş qadını olmalıdır. Lakin bu gün rayonlarımızda, kənd yerlərimizdə elə nümunəvi qadınlarımız var ki, onlar vətənə layiqli övladlar yetişdirirlər. Bunlardan da yazmaq lazımdır. "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, müsabiqədə gənc jurnalistlərin mövzuya münasibəti məlum olacaq. Çünki, bu yaşda olan qadın jurnalistlər və həm də, kişilər də var. Qadınları ona görə, nəzərdə tuturam ki, onlar bilavasitə bu problemlərə hansı səpkidən yanaşacaqlar. Rayonlarda olan xanımların məsələləri bir problem olaraq qalır. Belə ki, bu gün televiziyalarda şou proqramlarına üz tutaraq, əlacsızlıq ucbatından orada ağlayan, sızlayan, bəzən də Bakı eşqi ilə durub gəlib ailəsini də biabır edən qadınlar var. Həddən artıq çox ağrıdır ki, sanki Bakıda ev, mal, pul paylanırmış və rayondakıların isə heç nəyi yoxmuş. Bu qadınların o verilişlərdən sonar rayona, ailələrinin yanına nə üzlə qayıdacağı məni çox ağrıdır, bu cür qadınlar hesab edirlər ki, Bakıda televiziyada yayımlanan bəzi proqramlara çıxan kimi həmin o dəyərlərlə təmin olunacaqlar. Bu məsələnin kökündə, mən düşünürəm ki, mənəvi kasadlıq dayanır. Onlara diqqətlə fikir versəniz heç yaşları da çox deyil, 30-dək ola-olmaya... Mən jurnalistlərə müraciət edirəm ki, həmin mənəvi kasadlığı göstərəcəkləri yazılar yazılarla müsabiqəyə qatılsınlar. Qoyulacaq mövzular televiziyalardakı kimi, şou xarakteri daşımasın. İstərdim ki, qoyacağımız mövzularda qadınlarımız öz müdrikliyini ortaya qoysun, həmçinin biz cəmiyyətə qadın mərdliyini çatdıra bilək. Eyni zamanda, ailənin ağırlığını çiynində aparmaq barəsində tövsiyələri verə bilək”. Millət vəkili Qənirə Paşayeva isə deyib ki, sabahın sağlam ailəsi bu günün ali təhsilli, savadlı xanımlarından keçir: "Belə ki, bu gün biz çox təəssüf ki, erkən nikahlara rast gəlirik. Qızlarımız təhsil almaqdansa erkən nikaha əl atırlar. Mən demirəm ki, təhsili olmayan xanım yaxşı ailə başçısı ola bilməz. Elə götürək, kənd yerlərimizdə nə qədər sanballı xanımlarımız var, nə qədər savadlı müəllimələrimiz var. Əlbəttə ki, jurnalistlər yazıları təqdim edərkən heç də həmişə baş qəhrəman kimi, yüksək rütbəli bir xanımı seçməməlidirlər. Çünki bölgələrimizdə elə qadınlar var ki, onlar bizdən də çox işlər görüb. Onlar bütöv ailəni formalaşdırıb, övlad tərbiyə edir. Reallıq ondan ibarətdir ki, bir müddət də bu missiya qadın yazarlarımızın üzərində olacaq. Təəssüf ki, bu gün şou tipli mövzulara üstünlük verilir. Lakin ümid edirəm ki, bir dönəmdə olan aydınlarımız kimi, bu mübarizədə də biz geri çəkilməyəcəyik”. Gender məsələri üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə “İnsan doğularkən qadın və kişi doğulmur qadın və kişi yaranır. Yəni qadın və kişinin cəmiyyətdəki yeri, rolu və mövqeyi. Biz də bu müsabiqədə həmin bu qadınların yerini məyyənləşdirməliyik. Bu məsələlərdən danışarkən öz soy-kökümzə müraciət etməliyik, yəni adət-ənənələrimizə söykənməliyik, qadınların dövlətdə yeri və rolu nə dərəcədə olduğunu müəyyənləşdirməliyik. Yazılarda İslam maarifçiliyini əsas götürməliyik”.