Bakı Dövlət Universiteti Mətbuat xidmətini 15 illik fəaliyyətini qeyd etdi

Bölmə: MEDİA › ,
Tarix: 16:46 01.05.2015

BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova 15 ildir bu vəzifədə işləyir. Azərbaycan universitetləri arasında ilk mətbuat xidmətinin rəhbəri kimi vəzifəsinin məsuliyyətini və çətinliyini anlayır. Onun öhdəliyini artıran həm də təhsil aldığı universiteti təmsil etməsidir. Mətbuat xidmətinin rəhbəri olmağın çətin tərəflərindən danışan Pərvanə xanım deyir: Sən bir müəssisəni təmsil edirsən və sənin verəcəyin informasiya müəssisənin imicinə xələl də gətirə bilər və imicini qaldıra da bilər. Ona görə də verdiyin sözün məsuliyyətini hiss etməlisən. Ən yaxşı mətbuat xidməti  isə odur ki, problemli zamanlarda mətbuatla işləməyi bacarsın. Pərvanə İbrahimova kimi işinə dəqiq yanaşan jurnalistlər də bu gün diqqət mərkəzindədir.

Eyni bir məkanda həm universitet müəllimləri, həm də mətbuat nümayəndələri bir araya gəldilər. Onların hər birinin öz peşə məsuliyyəti və çətinlikləri var. Əməyinin bəhrəsini isə bu dəfə media nümayəndələri gördü. Yerli və beynəlxalq müstəvidə universitetdə gedən prosesləri cəmiyyətə çatdıran media nümayəndələri mükafatlandırılıb. Tədbirdə çıxış edən jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev, professor Cahangir Məmmədli Bakı Dövlət Universitetinin informasiya sahəsində və peşəkarların yetişdirilməsində önəmli rol oynadığını bildirdi.

Sonda “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” kitabının nəşrini informasiya sahəsində görülən işlərin göstəricisi adlandırdı.

Həmçinin fakultənin əməkdaşı Ramin Rzayev, AzTV-nin əməkdaşı Almaz Mahmud, "Azərbaycan müəllimi" qəzetini əməkdaşı Rufanə Günəş, Azxəbər xəbər portalının rəhbəri Əfsələddin Agalarov və digər media nümayəndələri də mükafatlandırıldı.