Əl-Cəzirə Amerika bağlandı
Bölmə: MEDİA › ,Tarix: 10:48 13.04.2016
Mərkəzi Qətərdə yerləşən “Aljazeera” qrupu ABŞ-da 3 ilə yaxın davam edən yayımdan sonra Əl cəzirə Amerika kanalını bağladı.
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Əl Cəzirə Amerikanın rəhbəri əl-Anstey yanvar ayında işçilərə göndərdiyi məktubda ABŞ medya bazarında qarşılaşılan iqtisadi çətinlikləri səbəb göstərərək yayımı aprel ayında sona çatdıracaqlarını bildirmişdi.
Kanalın işçiləri xəbər mərkəzində çəkdirdikləri şəkilləri Əl Cəzirə Amerikanın “twitter” səhifəsindən yayımlayaraq bu gecədən etibarən yayını sona çatdırdıqlarını qeyd edib.
Kanalın bağlanması ilə təxminən 700 işçinin işsiz qaldığı məlum olub.
Əl Cəzirə Amerikanın xüsusi ilə kabel yayımında hədəfə aldığı izlənmə nisbətini əldə etmədiyini ifadə edib.
Əl Cəzirənin dünya miqyasındakı digər yayımlarının əhatəsini ABŞ-da genişləndirməyi və müxtəlif sahələrdə rəqəmsal yayım istifadəçilərinə çatdırmağı hədəfə alıb.