"Qərb Ukraynanı Rusiyaya qarşı istifadə etməkdə də davam edir"-Mübariz Göyüşlü

Bölmə: Siyasət › ,
Tarix: 23:10 19.04.2024

D.Tramp Ukraynaya kifayət qədər dəstək vermədiklərinə görə avropalı müttəfiqləri qınayıb.

 

Sabiq dövlət başçısı bildirib ki, Ukraynanın sağ qalması həm ABŞ, həm də Avropa üçün vacibdir.

 

Ukrayna Avropa üçün niyə belə bir əhəmiyyət kəsb edir? 

 

Məsələ ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü "informator.az"a bildirir ki,Qərb Ukraynayı Rusiyaya qarşı aktiv şəkildə istifadə edir,etməkdə də davam edir:

 

"Ondan bir yem kimi yararlanırlar. Mümkün imkanlarla,müəyyən silah yardımı ilə Ukraynayı bu mübarizədə olan müqavimətinin tam aradan qalxmamasına çalışır. Burada Ukraynanın Avropa üçün maraqlı tərəfi, onun bir qurban kimi istifadə olunaraq, Rusiyanın mümükün qədər potensialını zəiflədib,müharibə ilə imkanlarını tükətmək siyasəti həyata keçirilir və Ukrayna da bu məsələ də aktiv şəkildə iştirak edir. Məhz elə bu baxımdan da, o Avropanın maraq dairəsindədir və müəyyən vədlərlə artıq fəlakətin bir həddinə gətirib çıxardıblar".

 

Aytac Kərimova