Erməni soyqırımının ildönümündə İrəvanda Türkiyə və Azərbaycan bayraqları yandırılıb

Bölmə: Siyasət › ,
Tarix: 21:22 23.04.2024

İrəvanda Osmanlı İmperiyasında erməni soyqırımının 109-cu ildönümünə həsr olunmuş məşəl yürüşü keçirilib. Aksiya Azərbaycan və Türkiyə bayraqlarının yandırılması ilə başlayıb.

 

Yürüşdə “Daşnaksütyun” erməni inqilabi federasiyasının gənclər birliyi, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və müxalifət nümayəndələri iştirak ediblər.

 

İştirakçılar Türkiyə və Azərbaycanın yandırılmış bayraqlarından məşəllər yandırıblar. Yürüş gecələyəcəyi Tsitsernakaberd soyqırımı memorial kompleksinə gedəcək.

 

Analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. 2021-ci ildə iştirakçılar Türkiyə və Azərbaycan bayraqlarını da yandırdılar.

 

Aynur Babayeva