Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub
Bölmə: Siyasət › ,Tarix: 23:04 24.04.2024
Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.
Azərbaycan-Qırğızıstan münasibətlərində hansı addımlar gözlənilir? Bu görüşün Azərbaycan üçün nə kimi müsbət tərəfləri var?
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "informator.az"a açıqlamasında qeyd edir ki, Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə geniş istiqamətli siyasət həyata keçirir:
"İstər Rusiya, Avropa, istərsə də Türk Dövlətləri Təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıdır. Qırğızıstanın Prezidenti Azərbaycana rəsmi səfərdə oldu və ölkəmiz bu dövlətlə siyasi-iqtisadi, mədəni sahədə əməkdaşlıq edir ki, bunu genişləndirməkdə də maraqlıyıq. Xatırlatmaq lazımdır ki, yaxın günlərdə Prezident İlham Əliyev müsahibə zamanı "Bizim evimiz Türk dünyasıdır" söyləyib. Məhz elə bu baxımdan, Azərbaycan Türk Dövlətləri Təşkilatında ayrı-ayrı dövlətlər ilə ikitərəfli, çoxtərəfli əməkdaşlığını qurmaqdadır. Belə bir addım isə,dövlətlərarası münasibətlər də böyük rol oynayır".
Qırğızıstanın Azərbaycana edilən səfərinə gəlincə isə, politoloq bildirir ki, burada qarşı dost dövlət ölkəmizin işğaldan azad olunmuş ərazilərin abadlaşdırılması, zənginləşdirilməsi baxımından fikirlər söyləyərək, öz diqqətlərini göstərirlər ki, belə bir dövlətlərarası münasibət hər iki xalqın, dövlətin inkişafında başlıca amildir.
Aytac Kərimova