"Formda Qətər-Azərbaycan münasibətləri müzakirə olunub"-Deputatdan RƏY
Bölmə: Siyasət › ,Tarix: 22:53 30.04.2024
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş Naziri və Xarici İşlər Naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.
Görüş ölkələr arası münasibətə nə kimi töhfələr verəcək?
Bu barədə “informator.az”a açıqlamasında deputat Vüqar İskəndərli bildirir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun səfəri zamanı Mərkəzi Asiya, Ərəb ölkələri ilə bağlı iqtisadi və diplomatik münasibətlərin inkişaf perspektindən danışılıb:
“Keçirilən form çərçivəsində əsasən enerji təhlükəsizliyi, nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, əməkdaşlıq və konkret yol xəritəsinin formalaşması mövzuları müzakirə olunub. Azərbaycanın geniş anlamda regionda güclü iqtisadiyyat qurması, qlobal çağırışlara birgə fəaliyyət ilə yaratdığı yeni geosiyasi reallıqlardan söhbət açılıb. Görüş zamanı Azərbaycanda noyabr ayında keçiriləcək COP-29 barədə form iştirakçılarına geniş məlumatlar verilib. Ceyhun Bayramovun Qətər dövlətində səfəri əməkdaşlıqda bütün sahələri əhatə edir. Bu formda Azərbaycanın inkişafı, gələcək perspektiv planları, Qətər-Azərbaycan əlaqələri müzakirə mövzusu olub”.
Gülnisə Əfkari