Baş nazir Əli Əsədovun Türkiyəyə rəsmi səfəri-Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 23:32 07.05.2024

Mayın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib.

"İnformator.az"a açıqlamasında səfər çərçivəsində nələrin gözlənildiyi, hansı yeniliklərin ola biləcəyi ilə bağlı danışan politoloq Elşad Həsənov qeyd edir ki,  bundan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədovun Türkiyəyə rəsmi səfəri 2023-cü ilin fevralı Türkiyədə baş vermiş zəlzələ ilə bağlı olub:

 

"Belə bir zamanda Azərbaycan qardaş ölkə olaraq,Kahramanmaraşda 32 hektar sahədə binalar inşa etməyə başladı. Hazırki səfərdə isə sözügedən tikililər, eləcə də Ulu Öndər Heydər Əliyev adına inşa olunacaq məktəb və bir sıra bu kimi işlərə nəzər yetiriləcək. Ərazidə tez-tez zəlzələlər baş verdiyinə görə yeni, zəlzələyə davamlı binaların tikilməsi planlaşdırılır. Təbii ki, hazırda bununla bağlı işlər görülür".

 

Politoloq sonda əlavə edir ki, səfər zamanı əsas məsələ olaraq, tikinti sahələrinə baş çəkilib və eləcə də qardaş Türkiyə ilə iqtisadi,siyasi məsələlərlə əlaqədar görüşlər keçiriləcək.

 

Aytac Kərimova