Paşinyanın Rusiyaya səfəri -Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 15:19 08.05.2024

Bu gün Paşinyan Rusiyaya işgüzar səfərə gedib.                                                                                                                  Bu mövzu ilə bağlı "İnformator.az"açılmasında politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın Rusiya səfəri Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır: 

                                                                                                                                                                                                                                                                                                 "Avrasiya İqtisadi İttifaqına Ermənistan sədrlik edəcək. Bu toplantı da Ermənistanın sədirliyi ilə həyata keçiriləcək. Həmçinin Rusiya-Ermənistan münasibətini ikitərəfli görüş şəklində keçirməsi ilə bağlı Rusiyanın tələbləri var idi. Paşinyan səfər çərçivəsində Vladimir Putinlə də təkbətək görüş keçirəcək. Bu görüşdə əsas müzakirə mövzusu Rusiya-Ermənistan münasibətin mövcud durumu olacaq. Düşünürəm ki, Rusiya öz qırmızı cizgilərini Ermənistana xatırladacaq. Bu gün Rusiya üçün prioritet məsələ Ermənistanda olan hərbi bazaların qorunub saxlanılması və regiona digər xarici ölkənin hərbi birləşmələrin yerləşməməsindən ibarətdir. Tərəflər maraqlarını bir-birinə izah edəcək"

Politoqun sözlərinə görə,ciddi fikir ayrılıqları olmayacaq.

"Nə qədər müxtəlif səviyyəli bəyanatlar səsləndirilsə də, Ermənistan bu günə qədər Rusiyanın qırmızı cizgilərini keçəcək addım atmayıb. Ermənistan hələ də rəsmi olaraq KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olmaq da davam edir. Həmçinin Ermənistanda Rusiyanın hərbi bazaları və Rusiyanın balansda olan şirkətlər fəaliyyət göstərir. Görüşdə Azərbaycan-Ermənistan münasibətləridə müzakirə olunacaq. Rusiya bütün danışıqların onun vasitəsilə həyata keçirməsində maraqlı olduğunu önə çəkmək istəyəcək. Bu gün Rusiya üçün önəmli məsələ 10 noyabr Üçtərəfli Bəyanatın 9-cu maddəsinin icrasıdır. Zəngəzur dəhlizi istiqamətində Rusiyanın nəzarətinin həyata keçirilməsi ilə bağlıdır. Bu məsələ də müzakirə olunacaq. Bu görüşün qeyri-adi nəticəsi olmayacaq".

 

Asiman Hafizqızı